Qubada qolf üzrə idmançılara və məşqçilərə iş təlimi keçirilib. Bu barədə ShimalNews 29 iyul tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Təlimdə qolf idmanının kütləviləşdirilməsi istiqamətləri, təlim prosesi, normativlər və yeni qaydalar izah olunub. Təlim-məşq toplanışı məşqçi Tural Vəlizadə tərəfindən aparılıb.
Seminarın sonunda “Quba Palace” hotelinin baş direktoru İlham Ağayev və Azərbaycan Qolf Federasiyasının baş katibi Leyla Abbasova tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.
Təlim-məşq toplanışı Azərbaycan Qolf Federasiyası, “Dreamland” Qolf Klubu və Quba Milli Qolf Klubunun birgə təşkilatçılığı ilə keçirilib.