Quba şəhərində idmançılar və məşqçilər üçün seminar təşkil olunub. Bu haqda ShimalNews 29 aprel tarixində məlumat verir.
Tədbirdə Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun, Bakı Şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin və Sumqayıt Şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin həkimləri iştirak ediblər.
Quba Olimpiya İdman Kompleksində baş tutan seminarda idmançı və məşqçilərin bilik, bacarıqlarının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və digər istiqamətlərdə mövzular əhatə edilib.