Mədəniyyət naziri Quba rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinə baş çəkib. Bu haqda ShimalNews 7 may tarixində məlumat verir.
Nazir Adil Kərimli Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Qəçrəş kənd Diyarşünaslıq klubu, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qəçrəş kənd kitabxana filialı, Qımılqazma kənd klubu və kənd kitabxana filialının fəaliyyəti ilə tanış olub. Müəssisələrin mövcud vəziyyəti və funksionallığı yerində yoxlanılıb, fəaliyyətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.