“Quba Meydanı” parkında iməcilik keçirilir. Bu barədə ShimalNews 27 iyul tarixində məlumat verir.
Bu gün səhər saatlarından başlayaraq “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən işlərə start verilib. Burada yaşıllıqlara qulluq göstərilir, ərazi təmizlənir. Eləcə də fəvarənin daxilində palçıq və tullantılar aradan qaldırılıb.
Prosesin günün sonuna kimi yekunlaşacağı bildirilib.