Quba şəhərində kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış məntəqəsi açılacaq. Bu haqda ShimalNews 20 dekabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən yarmarkada satışa çıxarılacaq məhsulların qiymətləri mövcud bazar qiymətlərindən ucuz olacaq.
Yarmarka dekabrın 23-ü və 24-ü saat 09:00-dan etibarən Heydər Əliyev prospektindəki “Quba meydanı” parkının qarşısında fəaliyyət göstərəcək.