Qubada "Yaz festivalı" keçirilib. Bu haqda 6 may tarixində ShimalNews Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
6 saylı orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir təşkil edilib. Burada məktəblər, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri, həmçinin peşə sinifləri iştirak edib.
Şagirdlər müxtəlif yaradıcılıq, əl işləri sərgiləyib, idman, rəqs, mahnı və digər təqdimatlarla çıxış ediblər.