Quba rayonunun komandası “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə region birinciliyinin qalibi olub. Bu haqda ShimalNews 10 may tarixində məlumat verir.
Siyəzən Gənclər Evində təşkil edilən yarışda region üzrə tam orta məktəblərin X-XI sinif şagirdlərindən ibarət 10 komanda mübarizə aparıb. Münsiflər heyətinin nəticələrinə əsasən, Quba rayonunun “İstiqlal” komandası I, Xaçmaz rayonunun “Turan” komandası II, Qusar rayonunun “Şahdağ” komandası III yerə layiq görülüblər.
Qaliblər kubok, diplom və medallarla təltif ediliblər.