Quba rayon icra başçısı şəhər inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 23 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
İlqar Mahmudovla yanaşı, sakinlərlə görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.