Qubada siqaret çəkənlər məsuliyyətə cəlb olunublar. Bu haqda ShimalNews 9 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Rayon ərazisində yerləşən ictimai iaşə müəssisələrində keçirilən tədbirlər nəticəsində qapalı məkanlarda tütün məmulatlarından istifadə edən şəxslər aşkarlanıblar.
Tədbirlər nəticəsində qanunu pozan vətəndaşların barəsində inzibati tənbeh tədbirləri görülüb.