Qubada “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib. Bu haqda ShimalNews 17 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
Rayon İcra Hakimiyyətində baş tutan dəyirmi masada icra başçısının müavini Səidə Abasova və qurumun məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.