Qubanın icra başçısı Qonaqkənd qəsəbəsində sakinlər üçün səyyar qəbul keçirəcək. Bu barədə ShimalNews 16 dekabr tarixində məlumat verir.
Tədbir dekabrın 19-da qəsəbənin mədəniyyət evində baş tutacaq. Görüşdə rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edəcəklər.
Qəbul zamanı vətəndaşları maraqlandıran məsələlər dinləniləcək.