Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib. Bu barədə ShimalNews 30 iyul tarixində İH-yə istinadən məlumat verir.
Budəfəki görüş Çiçi İnzibati ərazi dairəsinin Təngəaltı kəndində baş tutub. Ziyəddin Əliyev səyyar qəbul zamanı vətəndaşların təkliflərini və müraciətlərini dinləyib. Qaldırılan məsələlərin həlli məqsədilə icra başçısı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verib.
Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.