Quba Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyi (FRİTL) ilk məzunlarını yola salıb. Bu barədə ShimalNews 2 avqust tarixində liseyə istinadən məlumat verir.
FRİTL 11-ci sinfi bu il başa vurmuş məzunlara adi, təhsili yüksək nailiyyətlərlə bitirən şagirdlərə isə fərqlənmə attestatlarını təqdim edib.
Bu il liseyi tam orta təhsil pilləsi üzrə 30 nəfər, ümumi orta təhsil pilləsi üzrə isə 70 nəfər şagird başa vurub.