Quba şəhərində uşağın ayağı velosiped çərçivəsi ilə pedal arasında sıxışaraq qalıb. Bu haqda ShimalNews 16 may tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, çağırış ünvanına Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunublar. Onlar uşağın ayağını velosipedin metal elementləri arasından çıxarmağa müvəffəq olublar.