General-polkovnik Vilayət Eyvazov Qubada vətəndaş qəbulu keçirəcək. Bu barədə ShimalNews 3 iyul tarixində DİN-ə isitnadən məlumat verir.
Görüş iyul ayının 18-də Rayon Polis Şöbəsinin inzibati binasında təşkil olunacaq. Nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları sakinlərinin qəbulunu keçirəcək.
Qəbula yazılmaq istəyənlər iyulun 17-dək yaşadıqları ərazinin polis orqanına, yaxud DİN-in (mia.gov.az) internet saytı vasitəsilə və ya sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.