Quba Destinasiya Menecmenti Təşkilatının əməkdaşları Şabran rayonuna səfər təşkil ediblər. Bu barədə ShimalNews 29 iyul tarixində təşkilata istinadən məlumat verir.
Səfər zamanı Xələfilər, Dağbilici, Çinarlar kəndlərinin icra və bələdiyyə nümayəndələri və kəndlərin ağsaqqalları ilə görüşlər baş tutub.
Qonaq evləri, mədəni, təbiət abidələri siyahıya alınıb, turistləri cəlb edə biləcək mövcud turizm resursları haqqında məlumatlar vahid baza şəklində formalaşdırılaraq Quba DMT-nin mövcud turizm bazasına əlavə edilib.