Quba rayonunda “Tourism Volunteers Camping” layihəsi davam edir. Bu barədə ShimalNews 30 iyul tarixində Quba Destinasiya Menecmenti Təşkilatına istinadən məlumat verir
Qubada Turizm Könüllüləri tərəfindən təşkil olunan layihə çərçivəsində təşkilat gənclərlə görüşüb. Tədbir zamanı təşkilatın strukturu, fəaliyyət istiqamətləri, həyata keçirdiyi işlər barədə ətraflı məlumat verilib.
Görüş zamanı Quba və Qusar rayonlarının turizm potensialından danışılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.