Qubada Cümə məscidi təmir-bərpa edilir. Bu barədə ShimalNews 2 avqust tarixində məlumat verir.
Məscid Fətəlixan küçəsi ilə Qələbə küçəsinin kəsişməsində yerləşir. Hazırda ibadət evinin dam örtüyü sökülür. Məlumata əsasən, yeni örtük məscidin öz rəngində uyğunlaşdırılacaq.
“COLOSIUM” şirkəti tərəfindən həyata keçirilən işlərin 1 ay müddətində yekunlaşması nəzərdə tutulub.