“Azəriqaz” İstehsalat Birliyi Quba rayonunda baş verən ölüm hadisəsinin təfərrüatlarını açıqlayıb. Bu haqda 6 aprel tarixində Shimal.news İB-yə istinadən xəbər verir.
Birlikdən bildirilib ki, Turab Nəsirovu cərəyan şəxsi həyətyanı sahəsində vurub. Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinə təhkim edilmiş əməkdaşı həmin gün və ondan 1 gün əvvəl naməlum səbəbdən işə çıxmayıb.