Quba rayonunda "Gender əsaslı zorakılıqla mübarizə həftəsi" keçirilir. Bu haqda ShimalNews 20 dekabr tarixində məlumat verir.
Bağbanlı və Qonaqkənd kəndlərində təhsil alan gənclər, onların valideynləri və müəllim kollektivi seminarda iştirak ediblər. Qonaqlara "Gender bərabərliyi", "Məişət zorakılığı", "Gender zorakılığı və erkən nikah" haqqında məlumat verilib.
"Gender əsaslı zorakılıqla mübarizə həftəsi" RİH və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.