Bu gündən Qubada II Azərbaycan–Özbəkistan Regionlararası Forumu start alıb. Bu haqda ShimalNews 21 may tarixində “Azərtac”a istinadən məlumat verir.
Tədbir Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiya və sənaye naziri Ləziz Kudratov, hər iki ölkənin iş adamları, biznes strukturlarının təmsilçiləri və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə baş tutur. Forumda Azərbaycan–Özbəkistan regionlararası əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, ölkələrin işgüzar mühiti, investisiya layihələri barədə təqdimatlar, həmçinin Azərbaycan–Özbəkistan İşgüzar Şurasının 4-cü iclası keçiriləcək.
Tədbir çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.