Qubada gənclər üçün "Media savadlılığı və Gənclər" təlimi təşkil edilir. Bu haqda ShimalNews 23 noyabr tarixində məlumat verir.
Eyvaz Xeyrullayev tərəfindən keçiriləcək görüş doğru xəbərləri dezinformasiyadan ayırd edə bilmək, hər bir məlumatı düzgün şəkildə analiz edə bilmək və digər mövzuları əhatə edəcək.
Media savadlılığını artırmaq istəyən gənclər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Təlim 24 noyabr saat 14:30-da “ASAN təlim” Mərkəzində baş tutacaq.