Bu gün Quba Rayon İcra Hakimiyyətinin (RİH) və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 15 may “Beynəlxalq Ailə Günü”nə həsr olunan tədbir keçirilib. Bu barədə ShimalNews 14 may tarixində xəbər verir.
Tədbir Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin akt zalında təşkil olunub. Burada dövlət işçiləri, uzunömürlü ailələr, qazilər, gənclər və kəndin ziyalıları toplaşıblar.
Natiqlər xalqımıza məxsus olan ailə dəyərlərinin qorunub saxlanılması və gənc nəslə aşılanması haqqında öz fikirlərini bildiriblər. Sonra isə iştirakçılara şagirdlərin əl işlərindən ibarət sərgi təqdim edilib, şeirlər səsləndirilib və rəqslər nümayiş olunub.