Qubada “Zəfər” Respublika Yaradıcılıq Festival-Müsabiqəsinin rayon mərhələsi keçirilib. Bu haqda ShimalNews 16 may tarixində məlumat verir.
4 nominasiya və 3 yaş qrupu üzrə təşkil olunan seçimlərdə Quba rayonu üzrə ümumi təhsil müəssisələrindən 65 şagird iştirak edib. Qeyd olunan nominasiyalar üzrə münsiflər tərəfindən seçilənlər zona mərhələsində iştirak edəcəklər.
Festival-Müsabiqə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib.