top
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı yekunlaşıb
11 fevral 2025, 11:28
- ↺ +

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı yekunlaşıb

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı başa çatıb.

2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirən “Qış nağılı” festivalı yenə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. Fevralın 7-də başlayan və dörd gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış ediblər.

Azertag.az-ın bməlumatına görə, fevralın 10-da axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Festivalın yekun konsertində Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instrumental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqram təqdim olunub. Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Ansamblın təqdim etdiyi Azərbaycan kinofilmlərinin musiqiləri əsasında popurilər, “Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Yenilməz batalyon” kinofilmindən mahnı, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər mahnı və rəqslər, əsərlər tamaşaçıların ürəyincə olub.

Beləliklə, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Festivalın davam etdiyi günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin, Bakı Kamera Orkestrinin, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin, Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya”, Polşanın “Glassduo” ansambllarının, “Qaytağı” instrumental ansamblının konsertlərini, Azərbaycanın və xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə ediblər.
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı yekunlaşıb

Son xəbərlər

Hadisə
Bu gün, 19:32

Xaçmazlı kişi otaq yoldaşının kartından pul oğurladı, borcunu bağladı

Cəmiyyət
Bu gün, 17:48

Balaca fidanlar Xudatda şəhidlərimizin xatirəsini anıb - VIDEO

Hadisə
Bu gün, 16:43

Bakı–Quba yolunda yük avtomobili qəzaya düşüb

Cəmiyyət
Bu gün, 16:19

Nazir Quba və Qusar sakinlərini qəbul edib

Hadisə
Bu gün, 15:22

Magistral yolda düzülən iri daşlar qəzaya səbəb olub - VIDEO

Kriminal
Bu gün, 14:55

Zaqatalada keçmiş məhkumda 1,5 kiloqram narkotik aşkarlanıb

Cəmiyyət
Bu gün, 14:20

Payızda yollarda diqqətli olun – Sürücülərə və piyadalara xəbərdarlıq

Cəmiyyət
Bu gün, 13:52

Qubada fövqəladə vəziyyətə hazırlıq təlimi keçirilib

İqtisadiyyat
Bu gün, 13:15

Hərbçilərin maaşları orta hesabla 22,8 faiz artırılacaq

Cəmiyyət
Bu gün, 12:30

Siyəzən–Şabran marşrutu ilə bağlı narazılıq: Sərnişinlər çarəsiz qalıb

Cəmiyyət
Bu gün, 12:03

Müəllimlərin qarşılıqlı yerdəyişməsi ilə bağlı tarix açıqlandı

Faydalı
Bu gün, 11:30

Qubanın dağlarında gizlənən kənd: Qəbələyə gedən dağ yolu

Cəmiyyət
Bu gün, 11:11

Şimalda "Bir damla qan, min ümidə can" aksiyası

Hadisə
Bu gün, 10:49

Xaçmazda həssas təbəqədən olan azyaşlı xilas edilib

Hadisə
Bu gün, 09:44

Xaçmazda ot tayasında kişi meyiti aşkarlandı

Cəmiyyət
Bu gün, 09:01

Qəbələdə Laza yarımstansiyası yenidən qurulur

İqtisadiyyat
Dünən, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
Dünən, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
Dünən, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
Dünən, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Dünən, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Dünən, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Dünən, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Oxşar xəbərlər