Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin “qara qutu”larının oxunması tamamlanıb.
Shimal.News Reuters.com-a istinadən xəbər verir ki, əməliyyat Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi tərəfindən icra olunub.
Nəticələr Qazaxıstanın müvafiq orqanına göndərilib.