Aktaudakı təyyarə qəzasında qardaşı ilə bir yerdə həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarın Suduroba kənd məzarlığında torpağa tapşırılıb.
Bizim.Media-nın məlumatına görə, dəfn mərasimində Qusar rayon İH başçısı Sahir Məmmədxanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak edib.
Dəfn mərasimindən sonra mərhumun məzarı tər güllərlə ziyarət olunub.
