top
Qaxlı gənclər minlərlə tələbənin problemini həll etdilər
04 noyabr 2025, 15:58
- ↺ +

Qaxlı gənclər minlərlə tələbənin problemini həll etdilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qaxdan olan iki gənc — Vüqar Qurbanlı və Nihad Tağıyev ixtisas seçimi zamanı abituriyentlərə kömək edəcək bir startap qurublar. Onlar “Uniaz” adlı layihələrini bu il ixtisas seçimlərindən öncə təqdim ediblər.

Layihənin istifadəyə verildiyi ilk həftələrdə istifadəçi sayı 3 minə çatıb. Daha sonra sayta maraq azaldığından, gənclər platformaya tələbələr üçün yeni, faydalı funksiyalar əlavə ediblər.

Valyuta.az-ın məlumatına görə, “Uniaz” startapının müəllifləri hazırda Memarlıq və İnşaat Universitetinin İT ixtisası üzrə 3-cü kurs tələbələridir.

İdeyanın yaranması 


Vüqar Qurbanlı bildirir ki, layihə abituriyentlərin ixtisas seçimi zamanı yaşadıqları çaşqınlıqdan doğub:

“Abituriyentlərin məlumat çatışmazlığı içində olduqlarını görürdük. Məqsədimiz ixtisas seçimini daha asan, şəffaf və məlumatlı şəkildə etməyə imkan verən bir platforma yaratmaq idi. “Uniaz” komandamızın ilk startap təcrübəsidir və təhsil sahəsindəki real problemdən yaranıb”.

Platformanın funksiyaları


Nihad Tağıyevin sözlərinə görə, “Uniaz” abituriyentlərə topladıqları bala əsasən hansı universitetə qəbul ola biləcəklərini göstərir:

“Artıq 50 səhifəlik jurnalı vərəqləməyə ehtiyac yoxdur. Sadəcə topladığın balı daxil edirsən və sistem sənə uyğun ixtisasları göstərir”.

İlk çətinliklər və uğurlar

Vüqar Qurbanlı deyir ki, ilk mərhələdə ən böyük çətinlik layihəni daha geniş auditoriyaya çatdırmaq olub:

“Texniki və idarəetmə təcrübəmiz az idi, bir çox prosesi “səhv edib-öyrənmə” üsulu ilə mənimsədik. Amma zamanla həm texniki biliklərimizi, həm də istifadəçi yönümlü yanaşmamızı təkmilləşdirdik. İndi artıq 25 mindən çox istifadəçimiz var”.

Yeni ideyalar və inkişaf planı


Hazırda komanda “Uniaz”ı ixtisas seçimi ilə məhdudlaşdırmaq niyyətində deyil. Layihəyə tələbələr üçün “bildiriş sistemi”, “mentor funksiyası” və “analitik məlumat modulu” kimi yeniliklər əlavə edilir.

“Məqsədimiz təhsil ekosistemində real dəyər yaratmaqdır. “Uniaz” tədricən gənclərin təhsil qərarlarını daha ağıllı və məlumatlı şəkildə verməsinə kömək edən rəhbər platformaya çevriləcək”, – deyə Vüqar Qurbanlı qeyd edib.

Gələcək planlar


Komanda yaxın zamanda tanınmış kouçları və təlimçiləri də platformaya cəlb etməyi planlaşdırır. Hədəf — “Uniaz”ı il ərzində həm abituriyentlər, həm də tələbələr üçün faydalı bir təhsil ekosisteminə çevirməkdir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər