Qax rayonunun Şotavar kəndində yanğın qeydə alınıb.
Shimal.News xəbər verir ki, “Ford” markalı yük avtomobilinin banına yığılan 7,5 ton kömür yanıb.
Yanğın əraziyə cəlb edilən yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Avtomobil və kömürün qalan hissəsi mühafizə olunub.