Qax rayonun Qarabaldır kəndində yanğın qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Yüksək temperaturdan bitişik ümumi sahəsi 176 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin çardağının taxta atmaları 20 kv.m sahədə qarsalanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.