Qax rayonunda odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Shimal.News xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd “Kalaşnikov” avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb.
Eləcə də profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.