Şimal bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Qax və Zaqatalaya yağan dolu təsərrüfatlara ziyan vurub.
Shimal.News xəbər verir ki, mayın 25-i axşam saatlarında təxmini 10-20 dəqiqə ərzində dolu yağıb və güclü külək müşahidə olunub.
Kəndlərdə taxıl sahələri, fındıq bağları və şəxsi təssərrüfatlar məhv olub. Yevlax-Zaqatala-Gürcüstan magistralına aşan ağac avtomobillərin gediş-gəlişini mümkünsüz edib.