Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Şabran rayonunun inzibati ərazisindəki akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Shimal.News xəbər verir ki, bu barədə DETX məlumat yayıb.
Araşdırma zamanı həmin şəxslərin Şabran rayonu Hacıqaraqaşlı kəndi sakini Fizuli Mədətov və Şabran şəhər sakini Ziya Mirzəyev olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış balıqlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.