top
Qəhrəman şəhid Fərid Dursunov
06 noyabr 2025, 12:32
- ↺ +

Qəhrəman şəhid Fərid Dursunov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan və 44 gün davam edən Vətən müharibəsində savaşan qəhrəman oğullardan biri də Qax rayonundan olan kapitan Fərid Dursunovdur.

Dursunov Fərid Fazil oğlu 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan кəndində anadan olub. O, uşaqlıqdan hərbçi olmaq arzusunda olub. Fərid orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2008-ci ildə məktəbi bitirərək hərbçi peşəsinə yiyələnib.

2016-cı il Aprel döyüşlərinin iştirakçısı olan kapitan Fərid Dursunov Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 28-də döyüş zamanı şəhid olub. Növbəti gün doğma kəndində dəfn olunub. Ailəli idi, iki övladı yadigar qalıb.

AZƏRTAC-ın məlumatına görə, Dursunovlar ailəsi ziyarət olunub.

Övladları barədə qürurla danışan şəhidin atası Fazil Dursunov deyib: “Oğullarımın üçü də hərbçidir. Fərid uşaqların böyüyü idi. Ali Hərbi Məktəbi bitirdi, zabit oldu. Qardaşları Vasif və Röyal da onun arxasınca getdilər, hərbçi oldular. Mən təqaüdə çıxandan sonra ailəyə baxmağı Fəridə tapşırmışdım. Demişdim ki, başım təsərrüfat işlərinə qarışıb, ailəndən, qardaşlarından sən muğayat olmalısan, böyüklük etməlisən. Çox yaxşı övlad idi. Fərid və kiçik qardaşı Röyal 44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak ediblər. İkinci oğlum Vasif isə müharibə vaxtı Tovuz tərəfdə xidmət edirdi. Fərid elə bil müharibənin başlanacağını bilirdi, ancaq bizə hiss etdirmirdi. Vətən müharibəsi başlanan zaman o, Daşkəsəndə xidmət edirdi. Müharibənin ilk günündən Murovdağ istiqamətində idi. “Ömər aşırımı”nın “Koroğlu” adlanan ərazisində gedən döyüşlər zamanı düşmən tərəfindən minamyot atəşinə tutulub. Elə oradaca şəhid olub”.

Şəhid atası sözünə davam edərək bildirib ki, özü vaxtilə iki il Əfqanıstanda xidmət edib. “Orada yaralanmışam, müharibə veteranıyam. Övladlarım uşaq vaxtlarında mənim medallarımı taxıb gəzir, hamıya deyərdilər ki, atam müharibədə iştirak edib, qəhrəmandır. Bununla qürrələnirdilər. Fərid şəhid olandan sonra aidiyyəti qurumlara məktub yazdım, oğlumun da yerinə döyüşlərdə iştirak etməyə hazır olduğumu bildirdim. Yaşım çox olduğu üçün razılıq vermədilər”, - deyə o əlavə edib.

Fazil kişi uzun illərdir tütünçülüklə məşğul olur. Kənddəki evləri qəbiristanlıq tərəfdədir. Hər gün qəbiristanlığın yanından keçib tütün sahəsinə işləməyə gedir. “Hələ 44 günlük müharibə başlamamışdı. Hər dəfə qəbiristanlıq tərəfə baxanda fikirləşirdim ki, oğullarımın üçü də hərbçidir. Sanki ürəyimə dammışdı ki, birdən müharibə başlasa, mənim də övladlarım şəhid ola bilər. Elə də oldu. Şəhid oğlumu kəndin qəbiristanında dəfn etdik. Vətən sağ olsun!”, - deyə Fazil kişi qəhərini boğmağa çalışır.

Şəhidin anası Mirvari xanım oğlu barədə danışmağın onun üçün çox çətin olduğunu bildirib: “Fərid mənim birinci övladım idi. Uşaqlıqdan hərbçi olmaq istəyirdi. Qardaşları da onun yolu ilə getdilər. Çox ailəcanlı idi, uşaqlarını çox sevirdi. Oğlum Vətən yolunda şəhid olub. Fəxr edirəm ki, şəhid anasıyam”.

Fəridin həyat yoldaşı Məryəm Dursunova ilə də söhbət edirik. O, həyat yoldaşı haqqında xatirələrini bölüşərək deyib: “Fəridlə 2009-cu ildə evlənmişdik. Çox yaxşı ata, həm də həyat yoldaşı idi. Hamı onu çox alicənab, qayğıkeş insan kimi tanıyırdı. Hərbçi yoldaşları, əsgərləri də onun xətrini çox istəyirdilər. Müharibə başlayanda Daşkəsəndə xidmət edirdi. Biz orada yaşayış binasının beşinci mərtəbəsində qalırdıq. Sanki müharibə başlayacağını hiss edirdik. Fərid sentyabrın 26-sı evə gəldi, uşaqlarla bir az oynadı. Dedi ki, mən getməliyəm. Görüşdü, sağollaşdı, getdi. Axşam ona mesaj yazdım ki, deyirlər müharibə başlayır. Dedi ki, “elə şey yoxdur. Sən narahat olma, evdə uşaqlara bax, rahat oturun. Başlasa deyəcəyəm”. Gecə topların səsinə oyandım. Tez eyvana çıxdım, gördüm hamı həyətdə toplaşıb. Başa düşdüm ki, artıq müharibə başlayıb”.

Həyat yoldaşının Türkiyənin “Qalatasaray” klubuna olan sevgisindən də danışan Məryəm xanım qeyd edib: “Hamımız “Qalatasaray” azarkeşi olmuşduq, komandanın bütün oyunlarını izləyirdik. Uşaqlarımız komandanın bütün oyunçularının adlarını əzbər bilirdilər. Evimizin hər tərəfində Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray” bayrağı və komandaya aid loqo və emblemlər var idi. Sonradan öyrəndik ki, dostlarına vəsiyyət edibmiş ki, şəhid olsa məzarı üzərində Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray”ın da bayrağı dalğalansın”.

Fərid şəhid olandan sonra dostları onun arzusunu yerinə yetiriblər, məzarı üzərinə “Qalatasaray”ın da bayrağını asıblar və bunu sosial şəbəkələrdə paylaşıblar. “Qalatasaray” futbol klubunun rəsmi feysbuk səhifəsində də şəhid Fərid Dursunovla bağlı paylaşım edilib. Klubun o vaxtki prezidenti zəng edərək ailəsinə başsağlığı verib. Şəhidin övladları İsa və Ömər Bakıda “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununa dəvət olunublar, klubun idarəedici şəxsləri ilə görüşüb, oyunçularla birlikdə meydançaya çıxıblar.

Kapitan Fərid Dursunov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər