Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Qafqazinfo.az-ın məlumatına görə, hadisə Vəndam qəsəbəsində, fevralın 1-i saat 22:00 radələrində qeydə alınıb. Ağcabədi rayon sakini 15 yaşlı Hüseyn Azər oğlu Hüseynov hovuzda boğulub.
Hüseynovlar ailəsi istirahət zamanı kirayə evdə qalıblar. Azər ehtiyatsızlıqdan həyətdəki hovuza düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.