Qəbələdə ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.
Shimal.News xəbər verir ki, "İdman həftəsi" çərçivəsində 70 gənc yarışmaya qatılıb.
Yarış Qəbələ şəhər 1 saylı tam orta məktəbin idman bazasında keçirilib. Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıb.