Xaçmaz sakini itkin düşüb. Bu haqda ShimalNews 21 may tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Bayram Məmmədov bu gecə saat 4-də yaşadığı evdən çıxıb və geri dönməyib. 52 yaşlı kişinin psixoloji problemlərinin olduğu deyilir.
Bu barədə Xaçmaz polis şöbəsinə məlumat daxil olub. Həbibkənd kənd sakininin tapılması istiqamətində zəruri tədbirlər görülür.