Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib.
Shimal.News xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Planda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Prezident Administrasiyası həyata keçirəcək.