top
Polad Həşimov zabit yoldaşını cəzadan necə xilas edib? – Dostunun XATİRƏLƏRİ
03 yanvar 2025, 09:28
- ↺ +

Polad Həşimov zabit yoldaşını cəzadan necə xilas edib? – Dostunun XATİRƏLƏRİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Polad fərqli bir insan idi. Dostluğa sadiq, sülhsevər və sadə biri idi. Heç vaxt dostunu satmazdı. Bəzən onun günahını özü boynuna alıb, dostunu pis vəziyyətdən çıxarardı”.

Bu sözləri hərbi həkim, TƏBİB-in Quba rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Əlyar Sərvərov Bizim.Media-ya açıqlamasında bildirib.

O, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olduğu gündə şəhid general-mayorla bağlı xatirələrini bölüşüb:

"2007-ci il idi. Mən Qusardakı hərbi hissənin tibb xidmətinin rəisi idim. Polad Həşimov isə hərbi hissənin qərargah rəisi idi. Bir dəfə tibb xidmətinin əsgərləri yolda hərbi nizam-intizamı pozmuşdular. Komandir bunu eşidib hirslənmişdi, məni yanına çağırmışdı.

Mən hərbi hissə komandirinin yanına gedəndə o, məni getməyə qoymadı, öz otağına çağırdı.

Dedi, əsgərlərin düz eləməyib, sən burada, mənim otağımda gözlə. Mən gedib komandirə deyəcəyəm ki, Sərvərovu tənbeh elədim. Bir də belə hal olmayacaq. Belə də etdi. Mən onun otağında gözlədim. Gedib, gəldi.

Dedi ki, narahat olma, mən komandirə səni tənbeh etdiyimi dedim. Amma əsgərlərin çox məsuliyyətli olsunlar, belə hal bir daha təkrar olunmasın. Mən gəldim tibb xidmətinə, intizamsızlıq edən əsgərlərə öz sözümü dedim, onlardan bir də belə etməmələrini tələb etdim.

Əlyar Sərvərov təəssüf hissi ilə qeyd edib ki, dostu, yüzlərlə əsgərinin, hərbçinin ürəyində daimi taxt qurmuş Polad Həşimovu çox tez itirdik:

“Polad sübut etdi ki, o nəinki dostcanlı, həm də vətənpərvər, dövlətini sevən və igid bir hərbçi imiş”.

Əlyar Sərvərov dostunun şəkil çəkdirməyi qəti sevmədiyini bildirib:

"Sadə, qara telefonu vardı. Onu da üstündə gəzdirməzdi. Ona görə birgə şəklimiz də yoxdur”.

O, səngər generalı kimi tarixə düşən, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun qəlblərdə daima yaşayacağını vurğulayıb.

Qeyd edək ki, Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər