Daha bir Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Qafqazinfo.az-ın məlumatına görə, 28 yaşlı Ümid Əli oğlu Qurbanlı Rusiya tərəfindən Ukraynaya qarşı vuruşarkən həyatını itirib.
Onun meyiti Rusiyanın Rostov şəhərinə aparılıb.
Hazırda Rusiyada yaşayan azərbaycanlılar onun ailəsini və ya yaxınlarını tapmağa çalışır.
Qeyd edək ki, Ümid Qurbanlı Oğuz rayonundandır.