Oğuzda aptekdə satıcı qadını bıçaqla hədələyərək 500 manat oğurlayan Ramin Məmmədov polis tərəfindən tutulub.
Shimal.News xəbər verir ki, hadisəni törədən şəxsin cinayətdə istifadə etdiyi kəsici alət maddi sübut kimi götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin avtobusdan da pul oğurladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2025/03/IMG_3464.mp4"][/video]