top
Oğuzda məktəblilərin skaut düşərgəsi - FOTO
10 iyun 2025, 09:35
- ↺ +

Oğuzda məktəblilərin skaut düşərgəsi - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gələn maraqlı layihələrindən biri icra olunub.

AZƏRTAC-ın məlumatına görə, "Fərdi layihələr" kateqoriyası üzrə qalib gəlmiş “Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsinin Oğuz rayon Qarabaladır kənd ümumi orta məktəbində düşərgəsi təşkil edilib.

Üç günlük proqram çərçivəsində skautlar üçün müxtəlif praktiki və nəzəri təlimlər təşkil olunub. Düşərgədə 30 nəfər skaut və təlimçi iştirak edib.

Məktəblilər ilk düşərgənin təşkilində, çadır evlərin qurulmasında yaxından iştirak edib, fəallıq göstəriblər. Çünki yaşadıqları kənddə, təhsil aldıqları məktəbdə ilk dəfədir düşərgə salınır və onlar skaut qaydalarına uyğun təlimlərə, məşğələlərə cəlb olunublar.

Düşərgəyə qatılanlardan biri məktəbin VIII sinif şagirdi Nuray Qafarova bildirib ki, ilk dəfə skaut layihəsinin iştirakçısı olmaqdan sevinclidir. Layihə çərçivəsində təlimçilərin tapşırıqları, sinif yoldaşları ilə təşkil edilən müxtəlif oyunlar onlarda yüksək enerji və motivasiya yaradıb.

Məktəbin digər şagirdi Ayxan Məmmədli layihə iştirakçısı kimi çox şanslı olduğunu vurğulayıb. İlk növbədə, həm yaşıdları, həm də digər siniflərin şagirdləri ilə müxtəlif mövzularda ünsiyyət quraraq, sosial məsələlərdə müzakirələr apardıqlarını bildirib. Ayxan təlimçilərin pozitivliyini xüsusi qeyd edərək əlavə edib ki, belə layihələr onların həyatında xüsusi iz buraxacaq və gələcək həyatlarında müsbət rol oynayacaq.

"Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsi Oğuz rayon Qarabaldır kənd ümumi orta məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Nərmin Seyidova tərəfindən həyata keçirilib.

Seyidovanın sözlərinə görə, layihənin əsas məqsədi skautinq yolu ilə nəticəsi zəif olan şagirdləri mənalı fəaliyyətlərə cəlb etmək və dərsdənkənar fəaliyyətlər vasitəsilə qeyri-formal təhsilin təşviq edilməsini təmin etməkdir. O, qeyd edib ki, bu vasitə ilə məktəbli skautların müxtəlif sahələrdə, o cümlədən liderlik, komandanın idarə olunması, məsuliyyət daşıma və sosial münasibətlər kimi bacarıqlarının inkişaf etdirilməsi və gücləndirilməsi hədəflənir.

Layihə rəhbəri iştirakçıların intellektual və yaradıcı oyunlara cəlb edildiyini, müxtəlif mövzularda müzakirə və diskussiyalara qatılaraq rəy və fikirlərini də ifadə etdiklərini bildirib.

 

 

 

 

 

Son xəbərlər

Hadisə
Bu gün, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Bu gün, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Bu gün, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Bu gün, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Bu gün, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Bu gün, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Bu gün, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Bu gün, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Bu gün, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Bu gün, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Bu gün, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Bu gün, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər