Oğuz rayonunun Yaqublu kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 500 kv.m olan fermanın dam örtüyünün taxta atmaların yarısı və içərisində 1 ədəd avadanlıq yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb olunub və fermanın qalan hissəsi yanğından mühafizə olunub.