top
“Nimesil”in qadağan olunması ilə bağlı AÇIQLAMA
20 may 2025, 10:37
- ↺ +

“Nimesil”in qadağan olunması ilə bağlı AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son vaxtlar sosial şəbəkələrdə “Nimesil” dərmanının  satışının qadağan olunmasıyla bağlı yenidən iddialar ortaya atılıb. Bəzi fikirlərə görə bu dərman orqanizm üçün ziyanlıdır, onun tez-tez istifadəsi fəsadlara yol aça bilər. Elə dərmanın qadağasıyla bağlı yayılan iddialarda da bu amillər səbəb kimi göstərilib.

Bizim.Media-nın məlumatına görə, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzi bildirilib ki, “Nimesil”-in qadağan olunmasıyla bağlı iddialar doğru deyil.

“Mövcud hepatotoksiklik riskini idarə edə bilmək üçün nimesulid tərkibli dərman vasitələrinin (nümunə üçün Nimesil) içlik vərəqəsinin (xəstələr üçün) müvafiq bölmələri vasitəsilə (İstifadəsinə göstərişlər, Əks-göstərişlər, Xüsusi göstərişlər və ehtiyat tədbirləri, Əlavə təsirləri, Digər dərman vasitələri ilə qarşılıqlı təsiri və s.) tanış olmaq mümkündür. İçlik vərəqəsinə əlavə edilən bu məlumatlar onun qaraciyər toksikliyi riski və digər əlavə təsirlərinin nəzarətə alınmasına və minimallaşdırılmasına imkan verir”, - deyə açıqlamada qeyd olunub.

Həmçinin bildirilib ki, bu qrup dərman vasitələri həkim resepti əsasında buraxılır və bir müalicə kursu çərçivəsində mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmamaqla istifadə edilməlidir.

“Ümumiyyətlə bu kimi riskləri olan dərman vasitələrini təyin etməzdən əvvəl müalicə həkiminiz tərəfindən bu dərman vasitəsinin faydaları və mümkün əlavə təsirləri arasındakı müsbət qiymətləndirilməlidir. Eyni zamanda onu da qeyd etmək istərdik ki, nimesulid tərkibli dərman vasitələri xroniki xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrindən deyil”.

Geniş müzakirələrə səbəb olan bu dərmanın tərkibi yoxlanılıbmı?

“Bu dərman vasitəsi birdəfəlik ağrını aradan qaldırmaq üçün istifadə olunur və məhdud istifadə göstərişləri ilə və qaraciyər toksikliyi riski nəzərə alınaraq qeydiyyatdan keçib. Həmçinin, müvafiq risklər tərəfimizdən nəzarətdədir və izlənilməyə davam edilir. Nimesulid tərkibli dərman vasitələrinin istifadəsi yalnız həkimin fayda-risk qiymətləndirməsinə əsasən mümkündür və yalnız resept əsasında buraxılır.

Yuxarıda qeyd olunan məsələ bir daha “Elektron resept” və “Dərman vasitələrinin təqib və izləmə” sistemlərinin əhəmiyyətini vurğulayır. Belə ki, bu sistemlərin birgə istifadəsi ilə ölkəmizdə fəaliyyət göstərən pərakəndə satış əczaçılıq müəssisələrində (apteklərdə) həkim resepti əsasında buraxılan dərman vasitələrinin resept olmadan buraxılması mümkün olmayacaq. Dərman vasitələrinin təqib və izləmə sistemi vasitəsilə həmin dərman vasitələrinin satışı həyata keçirilərkən, onların təyin edildiyi elektron reseptin qeydiyyat nömrəsi tələb olunacaq və həmin reseptin doğruluğu sistem vasitəsilə yoxlanılacaq. Hər iki sistemdə məlumatlar uyğun olduğu təqdirdə, həkim resepti əsasında buraxılan dərman vasitələrinin satışının həyata keçirilməsi mümkün olacaqdır. Əks təqdirdə həmin dərman vasitələrinin satışı mümkün olmayacaq. Sözügedən sistemlər yüksək risk qrupundan olan dərman vasitələrinin əhali arasında sui-istifadə hallarının qarşısının alınmasına, dərman vasitələrinin rasional istifadəsinin təşkil olunmasına və onların apteklərdə buraxılışı prosesinə dair daha ciddi tənzimləmə mexanizminin yaradılmasına xidmət edir.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 07 12), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir”,-deyə məlumatda əlavə edilib.

Son xəbərlər

Hadisə
Bu gün, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Bu gün, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Bu gün, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Bu gün, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Bu gün, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Bu gün, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Bu gün, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Bu gün, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Bu gün, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Bu gün, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Bu gün, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Bu gün, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər