top
Nərminin anası: “Qızımı həmin gün 2 dəfə xilas etmişdik, əcəl apardı...”
11 iyul 2025, 14:37
- ↺ +

Nərminin anası: “Qızımı həmin gün 2 dəfə xilas etmişdik, əcəl apardı...”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, iyulun 9-da saat 18 radələrində Qəbələnin Vəndam qəsəbəsində 4 yaşlı qız valideynləri ilə birgə kirayə qaldıqları evin həyətindəki hovuza düşərək boğulub.

Qafqazinfo.az-ın məlumatına görə, mərhum Nərmin İsmayılovanın anası Aytac İsmayılova bildirib ki, hadisə bir anda baş verib.

Valideynin sözlərinə görə, boğulmadan əvvəl də övladı 2 dəfə ölümlə üzləşib:

“Hadisə baş verən gün biz marketə getmişdik, orada qızımı az qala, maşın vuracaqdı, son anda avtomobilin altından çıxardıq. Elə həmin gün Nərmin atası və digər qızımla birgə hovuzda olarkən də boğulma təhlükəsi ilə üzləşmişdi, boğazına su getmişdi və çox qorxmuşdu. Atası dərhal hovuzdan çıxardı və uşaq qorxduğu üçün bir də hovuza girməyəcəyini deyirdi. Elə bil qızımın əcəli gəlmişdi, onu əcəl apardı”.

A.İsmayılova əlavə edib ki, ölümlə nəticələnən hadisə 4 yaşlı qızının hovuzun kənarında yıxılmasından sonra baş verib:

“Qızım oradan keçəndə sürüşüb yıxılıb, qulaq nahiyəsində göyərti izi də qalmışdı. Yıxılıb xəsarət alandan sonra hovuza sürüşüb düşüb. Hər şey 2 dəqiqədə baş verib, mən evdə idim, çölə çıxanda artıq gec idi”.

Qeyd edək ki, ailə yaşadıqları Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsindən Qəbələyə istirahətə gedib və Vəndamda kirayə tutduqları “A-Frame” tipli evdə qalırdılar. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.


Son xəbərlər

Cəmiyyət
Bu gün, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Bu gün, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Bu gün, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Bu gün, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Bu gün, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Bu gün, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Bu gün, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Bu gün, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Bu gün, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Bu gün, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Bu gün, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Oxşar xəbərlər