Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qusarda vətəndaşları qəbul edib. Bu haqda ShimalNews 22 dekabr tarixində məlumat verir.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün məsul şəxslərə müvafiq tapşırıqlar verilib.