top
Musiqi müəllimlərinin qiymətləndirilməsi ilə bağlı sessiya keçirilib
11 dekabr 2024, 10:01
- ↺ +

Musiqi müəllimlərinin qiymətləndirilməsi ilə bağlı sessiya keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib.

Bu barədə Shimal.News Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. Tədbir Sumqayıtda yerləşən "Kimyaçı" Mədəniyyət Sarayında baş tutub.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sistemli islahat yönümlü işlərin həyata keçirildiyindən, Nazirliyin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası çərçivəsində 2024/2025-ci tədris ili üçün məktəblərə təhsilalanların qəbulu prosesinin ilk dəfə olaraq elektron qaydada həyata keçirildiyindən danışıb.

Eyni zamanda qeyd edilib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 158 müəllim işə qəbul edilib. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 %-i ali təhsillidir.

Müəllimlərin peşə bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin 2025-ci il fevralın 3-də başlayacağını bildirən nazir müşaviri söyləyib ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur.

Daha sonra Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regional mədəniyyət idarələri üzrə ilin sonunadək prosesin yekunlaşdırılması planlaşdırılır. İlkin mərhələdə ümumilikdə 4100 müəllimin peşəkarlıq bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb. Proqramlar artıq nazirliyin culture.gov.az rəsmi səhifəsində də yerləşdirilib.

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Eldar Qocayev attestasiyanın hüquqi əsasları, habelə attestasiyası keçirilməyən işçilər haqqında məlumat verib.

Sonda Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki təhsil ocaqlarının direktor, direktor müavinləri və müəllimləri müəssisələrin maddi-texniki bazasının genişləndirilməsi, yeni dərslik və dərs vəsaitlərinin nəşri və s. məsələlərlə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin peşəkar bilik və bacarıqlarının ölçülməsi ilə bağlı ilk məlumatlandırma dekabrın 6-da Bakıdakı Muzey Mərkəzində keçirilmişdir, növbəti həftə Xırdalan şəhərində müəllimlərlə görüş keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində attestasiya keçiriləcək.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər