2024-2025-ci tədris ili üçün keçiriləcək təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin sənəd qəbuluna start verilir. Bu haqda ShimalNews 10 may tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər “ASAN Login” sistemi vasitəsilə hesablarına daxil olduqdan sonra www.miq.edu.az saytına qeydiyyat prosesinə davam edə bilərlər.
Qeydiyyat 15 may saat 11:00-dan 22 may saat 11:00-dək aparılacaq.