Şahdağ Milli Parkının Quba və Qusar bölməsində “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib. Bu haqda ShimalNews 7 may tarixində məlumat verir.
Tədbir FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə baş tutub. Təlimlərin keçirilməsində məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq olub.
İştirakçılarla yaşıllıq ərazilərdə baş verə biləcək yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib. Həmçinin yanğınların söndürülməsi üsulları əyani olaraq göstərilib.