Paytaxtda metroya daxil olmaq istəyən Xaçmaz sakini cərimələnib. Bu haqda ShimalNews 5 may tarixində Qafqazinfo-ya istinadən məlumat verir.
41 yaşlı S.A. Bakı Metropoliteninin “İçərişəhər” stansiyasına sərxoş halda girmək istəyib. Stansiyanın girişində xidmət aparan DİN-in əməkdaşları vətəndaşa bildiriblər ki, onu içəri buraxa bilməyəcəklər. Xaçmaz sakini polisin tələbinə qarşı çıxıb və eskalatora doğru hərəkət edib. Lakin saxlanılıb.
Şəxsə inzibati protokol tərtib edilib. Məhkəmə onu 150 manat məbləğində cərimələyərək sərbəst buraxıb.